ŞİRKƏT HAQQINDA

“Premium Audit” MMC 13 dekabr 2002-ci ildə təsis edilmiş “Eskort” Audit-Konsaltinq MMC-nin bazasında yaradılmışdır. Cəmiyyət Auditorlar Palatasının üzvüdür. Auditor xidməti göstərilməsi üçün 2003-cü ildə Auditorlar Palatasından xüsusi razılıq (lisenziya) almışdır. Cəmiyyətin tərkibində üç nəfər lisenziyalı auditor fəaliyyət göstərir.

“Premium Audit” MMC 18 Yanvar 2013-cü ildən “IAPA International” müstəqil mühasiblər və auditorlar asossasiyasının üzvüdür.

Həmçinin 2010-ci ildən idarəetmə məsələləri üzrə məsləhət və tədris mərkəzi kimi İSO beynəlxalq standartların tələblərinə uyğun  dövlət,  beynəlxalq və özəl müəssisə və təşkilatlarına yüksək səviyyəli menecment sistemlərinin yaradılması, tətbiqi, sertifikatlaşması, təlim, maarifləndirmə, məsləhət və digər xidmətləri göstərir.

“Premium Audit” MMC-ın ekspertləri İSO sahəsində International Register of Certificated Auditors (IRCA) Sertifikatlaşdırılmış auditorların beynəlxalq reyestri və TSE - Türk Standartları Enstitüsüilə sıx əməkdaşlıq edir və daima biliklərini beynəlxalq seminarlar və kurslarda aktuallaşdırırlar.

Azərbaycanda “Premium Audit” MMC bütün növ idarəetmə və maliyyə məsləhəti, mühasibat uçotu, vergi və hüquq xidmətləri, həmçinin İSO standartları üzrə ekspert, konsalting və audit xidmətlərini göstərir. Şirkətin istedadlı və yüksək təlim keçmiş heyəti bu xidmət sahələrində və yerli bazarda dərin təcrübəyə malikdir və şirkətimizin peşəkar heyəti müştərilərimizi beynəlxalq keyfiyyət standartlarına uyğun xidmətlə təmin edirlər. Layihə üzrə hansı səciyyəvi bacarıqların tələb olunmasından asılı olmayaraq “Premium Audit” MMC peşəkarlarının dəstəyinə hər zaman güvənə bilərsiz. 

Hesab edirik ki, peşəkar xidmətlər göstərən təşkilat olaraq şirkətimiz Azərbaycanın yerli bazar şəraitinə çox yaxşı uyğunlaşmışdır. Bizim məqsədimiz və strategiyamız Azərbaycanda ən qabaqcıl ekspert, konsalting və audit şirkəti olmaqla yerli və beynəlxalq müştərilərimiz üçün idarəetmə, keyfiyyət, təhlükəsizlik, mühasibat uçotu, vergi və hüquq sahəsində bütün növ xidmətləri həyata keçirməkdən ibarətdir. Yerli mütəxəssislərimiz müştərilərə yüksək səviyyəli xidmətlər göstərmək məqsədilə layihələr zamanı bacarıqlarını düzgün tənzimləyərək vahid heyət kimi çalışırlar.